Şou-biznes Özəl

İstanbulda ulduzlara qarşı böyük əməliyyat — Sıla və İlyas Yalçıntaş daxil 25 məşhur saxlanıldı (FOTO)

İstanbulda ulduzlara qarşı böyük əməliyyat — Sıla və İlyas Yalçıntaş daxil 25 məşhur saxlanıldı (FOTO)

Türkiyədə tanınmış şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı çıxarılıb.

Səhər saatlarında həyata keçirilən əməliyyat zamanı müğənni İlyas Yalçıntaş, "MED Yapım" şirkətinin rəhbəri və prodüseri Mehmet Fatih Aksoy, modellər İrem Haznedar və Ayşe Nur Balcı, müğənni Aybüke Albere, Şefik Ömer Dolman, Ateş İnce və daha bir sıra tanınmış şəxslər saxlanılıblar.

Saxlanılma qərarı verilən şəxslər arasında müğənni Sıla Gençoğlu, Öner Faruk Işık, Orhan Yıldız, Burak Çelik, Volkan Büyükhanlı, Büşra Tatar, Cenk Çöteli, Feyza Cihan, Asude Mercan, H. Eylem İpek Şafak, Gökhan Şafak, Ümit Aslan, Buğra Balkaya, Akın Altan, Oğuz Alp Güler, Kübra Altay, Hilal Zeynep Hedbe və Melis Selçukoğlu da yer alıblar.

Əməliyyat çərçivəsində şübhəlilərin yaşadıqları ünvanlarda axtarış aparılıb. Axtarış zamanı İlyas Yalçıntaşın evindən narkotik vasitələrin çəkisinin müəyyənləşdirilməsində istifadə olunduğu ehtimal edilən həssas elektron tərəzi götürülüb.

İstanbulda ulduzlara qarşı böyük əməliyyat — Sıla və İlyas Yalçıntaş daxil 25 məşhur saxlanıldı (FOTO)

Bakırköy Respublika Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, istintaq zamanı ictimaiyyətdə sənətçi, aktyor, iş adamı və sahibkar kimi tanınan bəzi şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etməsi, bu maddələrin istifadəsini asanlaşdırması və ya bunun üçün şərait yaratması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar İstanbul İl Jandarma Komandanlığına 25 şübhəlinin saxlanılması, yaşadıqları ünvanlarda axtarış aparılması, bioloji nümunələrinin götürülməsi, ifadələrinin alınması və Baş Prokurorluğa təqdim olunması barədə göstəriş verilib.

İstintaq davam edir.

Jalə

D
demokrat.az