"Survivor Türkiyə" yarışmasının keçmiş iştirakçısı Didem Ceran keçirdiyi estetik əməliyyatlardan sonra üzündə yaranan deformasiyaların aradan qaldırılması üçün yenidən əməliyyat olunub.
Demokrat.az xəbər verir ki, o,sosial şəbəkədə paylaşdığı açıqlama ilə haqqında səsləndirilən tənqidlərə münasibət bildirib.
2006-cı ildə "Oryantal Star", 2011-ci ildə isə "Survivor Türkiyə" yarışmaları ilə tanınan Ceran son illər keçirdiyi estetik əməliyyatlarla tez-tez gündəmə gəlib. Daha əvvəl Cənubi Koreyada estetik prosedurlardan keçən Ceran bu dəfə üzündə yaranan deformasiyaların aradan qaldırılması məqsədilə təxminən iki gün davam edən əməliyyat keçirib.
Əməliyyatdan sonra sağlamlıq vəziyyəti ilə bağlı paylaşım edən Ceran, sosial şəbəkələrdə ünvanına yazılan "diqqət çəkmək üçün estetik etdirir" fikirlərinə etiraz edib.
O, paylaşımında həyat yolunun heç də asan olmadığını vurğulayaraq, hər şeyə böyük mübarizə ilə, çox vaxt isə təkbaşına nail olduğunu bildirib.
Didem Ceran əməliyyatdan sonrakı dövrdə emosional baxımdan çətin günlər keçirdiyini də etiraf edib. O, "Ən xoş niyyətlə yanaşdığım yerlərdə cəzalandırıldım" sözləri ilə yaşadığı məyusluğu ifadə edib.

Leyla Demokrat.az


