“Yelo Bank” ASC Brendin İdarəedilməsi Departamentinin sorğusu əsasındapoliqrafiya və çap işləri üzrəixtisaslaşmış şirkətləri texniki tenderdə iştirak etməyə dəvət edir.
Tenderin əsas şərtləri:
- Bu mərhələdə qiymət təklifi təqdim edilmir;
- İştirakçılar tələb olunan standartlara uyğun hazırlanmış nümunə işlərini Bankın Baş Ofisinə təqdim etməlidirlər;
- Nümunələri Sifarişçinin tələblərinə cavab verən və seçilən təchizatçılar növbəti – Maliyyə Tenderi mərhələsinə keçid hüququ qazanacaqlar.
Tenderlə bağlı bütün suallar yazılı formada qeyd olunan tarixlər nəzərə alınmaqla aşağıdakı elektron poçt ünvanlarına göndərilməlidir:
Leyla Abbasova |leyla.abbasova@yelo.az| Mobil: +994552137012; Surəti (CC): Rəşad Şükürov |rshukurov@yelo.az| Mobil: +994556700027
Qeyd:Bank daxili satınalma siyasətinə əsasən, bütün tender iştirakçılarına bərabər və şəffaf imkanlar təmin edilir. Tender sənədindəki bütün məlumatların məxfiliyinin qorunması mütləqdir. Tender şərtləri və müraciət qaydaları ilə bağlı daha ətraflı məlumatla linkə keçid edərək tanış ola bilərsiniz: https://ylb.az/4ydQ1M1.
Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!


