Dünya

Kanadada festival zamanı silahlı insident — 2 nəfər öldü

Kanadada festival zamanı silahlı insident — 2 nəfər öldü

Kanadanın Toronto şəhərində keçirilən "Salsa on St. Clair" küçə festivalında silahlı insident olub.

Demokrat.azxəbər verir ki, festivalın keçirildiyi ərazidə baş verən atışma nəticəsində iki nəfər ölüb, dörd nəfər güllə yarası alıb.

Hadisə zamanı iki silahlı şəxs silahdan istifadə edib. Toronto polisinin məlumatına görə, hadisə yerindən iki silah götürülüb. Hələ ki, heç kim saxlanılmayıb, insidentin motivi araşdırılır.

Qeyd edək ki, hadisə zamanı festival ərazisində minlərlə insan olub.

Demokrat.az

D
demokrat.az