Dünya Özəl

Ricky Martin 15 ildən sonra İstanbulda: Məşhur müğənni pərəstişkarlarına səsləndi (FOTO)

Ricky Martin 15 ildən sonra İstanbulda: Məşhur müğənni pərəstişkarlarına səsləndi (FOTO)

Latın pop musiqisinin dünya şöhrətli ulduzu Ricky Martin 15 illik fasilədən sonra konsert proqramı ilə İstanbulda çıxış etmək üçün Türkiyəyə gəlib.

Məşhur sənətçi sabah İstanbulda musiqisevərlərlə görüşəcək. Konsert öncəsi şəhərə gələn Ricky Martin saat 16:00 radələrində şəxsi təyyarə ilə İstanbul Hava Limanına enib.

Müğənni hava limanında övladları ilə birlikdə görüntülənib. O, KüçükÇiftlik Parkda baş tutacaq konsert öncəsi jurnalistlərin suallarını cavablandırıb və İstanbulda olmaqdan məmnunluğunu ifadə edib.

Hava limanının Ümumi Aviasiya Terminalından çıxışı zamanı onu qarşılayan pərəstişkarlarına müraciət edən Ricky Martin:

"Hamıya salam, nəhayət buradayam. Hamınıza çox təşəkkür edirəm, görüşərik" — deyə bildirib.

Qeyd edək ki, bu, Ricky Martinin 15 ildən sonra İstanbul səhnəsinə qayıdışı olacaq. Məşhur ifaçının konserti böyük maraqla gözlənilir.

Ricky Martin 15 ildən sonra İstanbulda: Məşhur müğənni pərəstişkarlarına səsləndi (FOTO)

Leyla Demokrat.az

D
demokrat.az