Maraqlı Özəl

Doğum tarixinizə əsasən sizi cəlbedici edən nədir?

Doğum tarixinizə əsasən sizi cəlbedici edən nədir?

Numeroloqlar hesab edirlər ki, doğum tarixi insanın yalnız xarakter xüsusiyyətlərini deyil, həm də onu başqaları üçün cəlbedici edən əsas keyfiyyətini üzə çıxara bilər. Bunun üçün yalnız doğulduğunuz ayın gününə diqqət yetirmək kifayətdir.

Demokrat.az xəbər verir ki, “The Times of India” nəşrinin yazdığına görə, doğum günü iki rəqəmdən ibarətdirsə, onları toplamaq lazım deyil. Sadəcə doğulduğunuz günə uyğun qrupu müəyyənləşdirmək kifayətdir.

1, 10, 19, 28

Bu günlərdə doğulan insanlar xarizması, özünəinamı və güclü enerjisi ilə seçilirlər. Onlar asanlıqla diqqət mərkəzinə çevrilir və çox vaxt təbii lider kimi qəbul olunurlar.

2, 11, 20, 29

Bu qrupun nümayəndələrinin əsas üstünlüyü xeyirxahlıq, həssaslıq və empatiya qabiliyyətidir. Belə insanlar ətrafdakılarla asanlıqla emosional bağ qururlar.

3, 12, 21, 30

Bu günlərdə doğulanlar nikbinliyi, müdrikliyi və başqalarını ruhlandırmaq bacarığı ilə seçilirlər. İnsanlar onlara tez-tez məsləhət və ya dəstək üçün müraciət edirlər.

4, 13, 22, 31

Onlar zəhmətkeşliyi, intizamı və məqsədyönlülüyü ilə tanınırlar. Məhz etibarlılıqları və əzmkarlıqları onları başqalarının gözündə cəlbedici edir.

5, 14, 23

Bu insanlar yumor hissi, hazırcavablığı və ünsiyyətcilliyi sayəsində asanlıqla rəğbət qazanırlar. Onlar çox vaxt hər bir məclisin ruhu hesab olunurlar.

6, 15, 24

Onların əsas üstünlüyü qayğıkeşlik, mehribanlıq və təbii cazibədarlıqdır. Numeroloqların fikrincə, bu insanlar asanlıqla etibar və rəğbət qazanırlar.

7, 16, 25

Bu günlərdə doğulan insanlar güclü intuisiya, sirli xarakter və dərin düşüncə tərzi ilə seçilirlər. Onların zəngin daxili aləmi ətrafındakı insanlarda maraq oyadır.

8, 17, 26

Onların ən cəlbedici xüsusiyyətləri güclü iradə, intizam və ədalət hissidir. Onlar etibar edilə biləcək insanlar təsiri bağışlayırlar.

9, 18, 27

Bu günlərdə doğulan insanlar enerji, cəsarət və qətiyyət nümayiş etdirirlər. Həyata olan həvəsləri və təşəbbüskarlıqları çox vaxt ətrafdakı insanlara ilham verir.

Jalə Demokrat.az

D
demokrat.az