Maraqlı Özəl

Bu bürclərin diqqətinə — İyul ayı...

Bu bürclərin diqqətinə — İyul ayı...

Astroloqların proqnozuna görə, iyul ayının əvvəlində müşahidə olunan planetar tranzitlər bəzi gecikmələr və anlaşılmazlıqlarla müşayiət olunsa da, ayın ikinci yarısından etibarən vəziyyətin daha müsbət istiqamətdə dəyişəcəyi gözlənilir. Bildirilir ki, bu dövr yeni başlanğıclar, emosional canlanma və sosial münasibətlər baxımından daha əlverişli olacaq.

Qoç bürcü üçün yeni karyera imkanlarının yaranacağı, lakin vacib qərarların tələsmədən verilməsinin məqsədəuyğun olduğu qeyd edilir.

Buğa bürcünü kiçik fikir ayrılıqları gözləyə bilər. Bununla yanaşı, qısa səfərlər və yeni tanışlıqlar üçün əlverişli şərait yaranacağı bildirilir.

Əkizlər bürcündə maliyyə məsələləri ön plana çıxacaq. Astroloqlar xərclərə nəzarət etməyi, ayın sonuna doğru isə səyahət və yeni əlaqələrdən faydalanmağı tövsiyə edirlər.

Xərçəng bürcü üçün bu ay özünü ifadə etmək və diqqət mərkəzində olmaq baxımından uğurlu hesab olunur. Görünüşdə ediləcək dəyişikliklərin müsbət nəticə verə biləcəyi vurğulanır.

Şir bürcü nümayəndələrinin ayın ilk günlərində istirahətə üstünlük verməsi tövsiyə olunur. Daha sonra isə enerji artımı və şəxsi münasibətlərdə müsbət irəliləyişlər gözlənilir.

Qız bürcü bu ay çoxsaylı təkliflərlə qarşılaşa bilər. İyulun ikinci yarısında romantik münasibətlər və özünəinam baxımından əlverişli dövr başlayacağı bildirilir.

Tərəzi bürcü üçün karyera məsələləri prioritet olaraq qalacaq. Ayın sonuna yaxın isə sosial həyatın daha da canlanacağı proqnozlaşdırılır.

Əqrəb bürcü üçün səyahətlər zamanı müəyyən gecikmələrin yaşana biləcəyi, lakin karyera sahəsində yeni imkanların yaranacağı qeyd olunur. Ayın sonu ev və ailə ilə bağlı işlərin tamamlanması üçün münasib hesab edilir. Oxatan bürcü üçün iyul ayı yeni biliklər qazanmaq, təhsil və şəxsi inkişaf baxımından uğurlu dövr kimi qiymətləndirilir.

Oğlaq bürcü nümayəndələrinin maliyyə məsələlərində daha diqqətli olmaları tövsiyə edilir. Yeni əməkdaşlıqlar və razılaşmalar üçün də əlverişli şəraitin formalaşa biləcəyi bildirilir.

Dolça bürcü üçün dostluq münasibətləri və sosial əlaqələr ön plana çıxacaq. Ayın son günlərində emosional dəstəyin daha çox hiss olunacağı qeyd edilir.

Balıqlar bürcü üçün isə iyul ayı daxili rahatlıq və mənəvi harmoniya axtarışı ilə yadda qalacaq. Ayın ortalarından etibarən münasibətlərdə istilik və yaxınlara qayğı hissinin artacağı proqnozlaşdırılır.

Leyla Demokrat.az

D
demokrat.az