Dünya Özəl

Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi — Detallar

Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi — Detallar

Yayılan məlumata görə “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya KİV-lər məlumat yayıb.

Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından məhrum edildi — Detallar

Əməkdaşımız məsələ ilə bağlı şəxsən Şirvan Kərimovilə əlaqə saxlayıb. O, dəstəyə görə təşəkkürünü bildiribvə bu məsələ ilə bağlı ətraflı danışmayacağını deyib.

Əməkdaşımızın "indi sizi Rusiyadan deportasiya edəcəklər?" sualına isə Şirvan Kərimov belə cavab verib:

"Mən iyun ayının 13-dən Bakıdayam və vətəndaşlığımın ləğv edilməsi barədə xəbəri Bakıda olarkən eşitmişəm"

Qeyd edək ki, ötən il Ulyanovsk vilayəti Azərbaycan diasporunun rəhbəriİslam Hüseynov, bu ilin fevralında isə İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəriAsif MəmmədovRusiya vətəndaşlığından məhrum edilib.

Alparslan

D
demokrat.az