Astrologiya və numerologiya ilə bağlı inanclara görə, doğum ayı insanın həyatında baş verə biləcək hadisələr barədə müəyyən yozumlar təqdim edir.
Demokrat.az-ın məlumatına görə, “Parade” jurnalının dərc etdiyi materialda bildirilir ki, 2026-cı ilin yayı xüsusilə dörd ayda doğulan insanlar üçün yaddaqalan ola bilər.
Məqaləyə görə, fevral, mart, iyul və avqust aylarında doğulan insanlar bu yay yeni tanışlıqlar, romantik münasibətlər və xoş təsadüflərlə qarşılaşa bilərlər. Həmçinin onların özünəinamının artacağı, dostluq əlaqələrinin möhkəmlənəcəyi və müxtəlif sahələrdə yeni imkanların yaranacağı bildirilir.
Fevral
Məqalədə iddia olunur ki, fevral ayında doğulanlar bu yay diqqət mərkəzində olacaqlar. Onların bacarıqları və nailiyyətləri ətrafdakılar tərəfindən daha çox qiymətləndirilə bilər. Yay aylarında müxtəlif tədbirlərin, görüşlərin və yeni tanışlıqların sayının artacağı, bunun da yeni imkanlar yaradacağı qeyd olunur.
Mart
Məqalədə qeyd edilir ki, ilin ilk ayları martda doğulan insanlar üçün gərgin keçmiş ola bilər. Lakin yay mövsümündə vəziyyətin dəyişəcəyi, istirahət, səyahət və sosial fəaliyyətlər üçün daha çox vaxt yaranacağı bildirilir. Müəlliflərin fikrincə, bu dövr onlara müsbət emosiyalar və yeni təcrübələr qazandıra bilər.
İyul
Məqalədə iddia olunur ki, iyul ayında doğulanlar üçün yay uğurlu keçəcək. Onların özünəinamının artacağı, uzun müddətdir gözlədikləri imkanlarla qarşılaşa biləcəkləri, həm şəxsi, həm də peşəkar həyatda mühüm addımlar atmaq üçün əlverişli şərait yaranacağı qeyd edilir.
Avqust
Məqaləyə görə, avqust ayında doğulanlar üçün bu yay yeni insanlarla tanışlıq baxımından əlverişli olacaq. Bildirilir ki, bu dövrdə qurulan münasibətlər gələcəkdə mühüm rol oynaya bilər. Həm romantik münasibətlərin, həm də dostluq əlaqələrinin genişlənəcəyi, yay mövsümünün onlara daha çox sevinc və rahatlıq hissi bəxş edəcəyi vurğulanır.
Jalə Demokrat.az


