Kriminal Özəl

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən döyüldü

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən döyüldü

Bakının Sabunçu rayonunda 22 yaşlı oğlan qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ramana qəsəbəsində baş verib. Sabirabad rayonunda 2004-cü ildə anadan olan və Masallı rayonunda rəsmi qeydiyyatda olan Həsən paytaxtın Ramana qəsəbəsində Elmira ilə (adlar şərtidir – red.) qeyri-rəsmi münasibətdə yaşayıb.

22 yaşlı oğlan qəsəbədə yerləşən evlərinin yataq otağında qeyri-rəsmi yaşadığı Elmira ilə mübahisə edib. Bu zaman Elmiranın onunla kobud danışması səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, qəsdən əli ilə qadının üz nahiyəsindən iki dəfə vurub, boğazından tutaraq boğmağa cəhd edib. Bu hərəkətləri ilə o, qadına xəsarətlər yetirib.

Faktla bağlı Həsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib, barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, onun barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

D
demokrat.az