Yağan intensiv yağışlar Zaqatala rayonunun Vöhtala kəndinə ciddi ziyan vurub.
Demokrat.az xəbər verir ki, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Kənddəki son vəziyyətlə bağlı görüntünü təqdim edirik:
***
12:39
Yağan intensiv yağışlar nəticəsində Zaqatala rayonunun bəzi ərazilərində və kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən verilib.
Bildirilib ki, rayon mərkəzi və kəndlər də daxil olmaqla ümumilikdə yeddi elektrik xəttində problem yaranıb.
"Artıq beş xətdə yaranan problem aradan qaldırılıb. Hazırda hava şəraitinin yağıntılı olması bərpa işlərində müəyyən çətinliklər yaratsa da, qalan iki xətt üzrə elektrik enerjisinin verilişinin bərpası istiqamətində işlər davam etdirilir. Rayon mərkəzi ilə əlaqəsi kəsilən Vöhtala kəndində isə elektrik xətlərində hər hansı problem yoxdur. Kənd ərazisində sel sularının çox olması səbəbindən aidiyyəti qurumların tövsiyəsi ilə təhlükəsizlik baxımından elektrik verilişini dayandırmışıq. Müvafiq tədbirlər yekunlaşdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq", - deyə məlumatda vurğulanıb.


