Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkənin ən zəngin oliqarxlarından olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Çarukyanın mülkündə xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı xüsusi təyinatlılar tanınmış iş adamının lüks malikanəsinə basqın ediblər.
Çarukyan qandallanaraq binadan çıxarılıb və xidməti avtomobilə mindirilib. Onun mühafizəçiləri və yaxın ətrafı da əməliyyat zamanı nəzarətə götürülüb. Müxalif partiya rəhbərinin qanunsuz iqtisadi fəaliyyət və maliyyə fırıldaqlarında ittiham olunduğu bildirilir.


