Şou-biznes

Aparıcı Mətanət niyə adətən hündürdaban ayaqqabı geyinir?

Aparıcı Mətanət niyə adətən hündürdaban ayaqqabı geyinir?

Aparıcı Mətanət Əliyeva səhhəti ilə bağlıetdiyi maraqlı etirafla diqqət çəkib.

O"Xəzər axşamı" proqramında İstanbul səfəri zamanı başına gələn hadisədən danışıb:

"Bir dəfə İstanbulda idim, altı düz olan ayaqqabı geyinmişdim. Onurğamdan bir ağrı tutdu ki, ikiqat qaldım. Tərpənə bilmirdim. Dedim ki, ilahi, görəsən, nə oldu mənə? Tez Bakıdakı həkimlərlə əlaqə saxladım. Dedilər ki, dərhal hündürdaban ayaqqabıya keç. Cavab verdim ki, İstanbulun bu küçələrində necə hündürdabanla gəzim? Həkim dedi ki, düz ayaqqabı geyinə bilmirsən, onurğan onun üçün formalaşmayıb. Hər İstanbula gedəndə 6-7 saat hündürdabanda gəzirəm, heç də yorulmuram".

Demokrat.az

D
demokrat.az