Türkiyənin "Star TV" kanalında yayımlanan "Çirkin" serialındakı rolu ilə tanınan türkiyəli aktrisa Derya Pınar Ak şəxsi həyatı ilə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, gənc aktrisa bir müddətdir münasibətdə olduğu Muammer Akmeşe ilə sevgisini ilk dəfə ictimaiyyətə açıqlayıb.
Derya Pınar Ak sosial şəbəkə hesabında sevgilisi ilə birlikdə çəkilmiş romantik fotosunu izləyiciləri ilə bölüşüb.
Aktrisa paylaşımında Muammer Akmeşenin onu öpdüyü görüntülərə ağ ürək emojisi əlavə edib. Bununla da o, münasibətini ilk dəfə rəsmi şəkildə təsdiqləyib.
Qeyd edək ki, Derya Pınar Ak son dövrlər "Çirkin" serialındakı uğurlu performansı ilə diqqət çəkir.



Jalə Demokrat.az


