Sosial

"Qala Sığorta" sığorta agentləri hazırlayır — FOTOLAR

Qala Sığorta sığorta agentləri hazırlayır — FOTOLAR

"Qala Sığorta" ASC strateji inkişaf planı çərçivəsində gələcək sığorta agentlərinin hazırlanmasına yönəlmiş mərhələli təlim proqramına start verib.

Demokrat.az xəbər verir ki, proqramın əsas məqsədi iştirakçıların sığorta sahəsində möhkəm nəzəri biliklər əldə etməsi, eyni zamanda peşəkar fəaliyyət üçün zəruri olan praktiki bacarıqlara yiyələnməsini təmin etməkdir.

Təlim proqramı sığorta sektorunun müasir tələblərinə uyğun hazırlanıb və iştirakçıların peşəkar inkişafını dəstəkləməyi hədəfləyir.

Təlimlər "Qala Sığorta"nın bu sahədə uzunmüddətli təcrübəyə malik peşəkar əməkdaşları tərəfindən keçirilir.

İştirakçılar proqram müddətində sığorta məhsulları, satış texnikaları, müştəri xidməti, risklərin qiymətləndirilməsi və peşə etikası kimi istiqamətlər üzrə həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.

Qala Sığorta sığorta agentləri hazırlayır — FOTOLAR

Qala Sığorta sığorta agentləri hazırlayır — FOTOLAR

Qala Sığorta sığorta agentləri hazırlayır — FOTOLAR

Qala Sığorta sığorta agentləri hazırlayır — FOTOLAR

Demokrat.az

NE
Nihadə Eyyubova