İqtisadiyyat Özəl

"Bu il yağıntılı hava şəraiti meyvəçiliyə ciddi zərbə vurub, məhsullar çürüyür" — Açıqlama

Bu il yağıntılı hava şəraiti meyvəçiliyə ciddi zərbə vurub, məhsullar çürüyür — Açıqlama

Son günlər sosial şəbəkələrdə fermerlərin gilas, çiyələk və digər meyvələri sahələrə tökməsini əks etdirən videolar yayılıb.

Mövzu ilə bağlı xaçmazlı İlham Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, bu il əlverişsiz hava şəraiti məhsuldarlığa mənfi təsir göstərib.

Onun sözlərinə görə, meyvə ağaclarının çiçəklənmə dövründə havaların soyuq və yağıntılı keçməsi məhsuldarlığı kəskin şəkildə azaldıb.

“Soyuq hava və yüksək rütubət səbəbindən meyvələrdə çürümə prosesi başladı. Məhsul az oldu, olan hissənin də bir qismi xarab oldu”, – deyə o, bildirib.

İlham Əsədov qeyd edib ki, fermerlər məhsulu sahədə topdansatış qiymətinə satırlar. Buna görə də bağdakı qiymətlə bazardakı pərakəndə satış qiyməti arasında 1-2 manat fərq yaranır.

Fermer bildirib ki, ötən illə müqayisədə bu il məhsuldarlığın aşağı olmasının əsas səbəbi məhz yağıntılı hava şəraitidir.

Onun sözlərinə görə, xarici bazarlara məhsul ixrac edən fermerlər də zərərlə üzləşiblər:

"Şimal bölgəsinin fermerlərinin əsas satış bazarı Rusiyadır. Orada hazırda durum çox da ürəkaçan deyil. Logistika və çatdırılmada problemlər yaranıb. Buradan yola salınan məhsul Rusiya bazarına çatana qədər çürüyür. Hətta məhsul bağdan yığılıb soyuducu anbara təhvil verilənədək, 5-6 saat ərzində belə çürümə halları müşahidə olunur. Buna rütubətli havadan qaynaqlanan müxtəlif xəstəliklər və viruslar səbəb olur", - deyə xaçmazlı problemə aydınlıq gətirib.

İlham Əsədov sonda əlavə edib ki, bu il ölkənin şimal bölgəsində albalı və alça demək olar ki, olmayıb. Hazırda ərik mövsümü olsa da, məhsul azdır. Yalnız müəyyən həcmdə gilas və şaftalı əldə olunub.

Bu il yağıntılı hava şəraiti meyvəçiliyə ciddi zərbə vurub, məhsullar çürüyür — Açıqlama

Bu il yağıntılı hava şəraiti meyvəçiliyə ciddi zərbə vurub, məhsullar çürüyür — Açıqlama

Bu il yağıntılı hava şəraiti meyvəçiliyə ciddi zərbə vurub, məhsullar çürüyür — Açıqlama

Nuray Paşşanlı

D
demokrat.az