Dünya Özəl

Həbs edilən Qaqik Çarukyanın şirkətləri möhürləndi

Həbs edilən Qaqik Çarukyanın şirkətləri möhürləndi

Çarukyanın malikanəsində axtarışlar 12 saat davam edib. Onun şirkətlərində də istintaq aprılıb.

"Çiçəklənən Ermənistan" partiyasının lideri və iş adamı Qaqik Çarukyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb.

Demokrat.az xəbər verir ki, bu barədə partiyanın sözçüsü İveta Tonoyan jurnalistlərə bildirib.

Çarukyanın vəkili Yerem Sarkisyan müstəntiqlərin onun həbsi üçün vəsatət verməsi niyyətində olduğu üçün müvəkkilinin məhkəməyə gələcəyini təsdiqləyib.

Sarkisyan qeyd edib ki, məsələ Ermənistan-İran birgə Ticarət Palatasına aiddir və bu palata Çarukyan tərəfindən yaradılıb.

"Lakin Palatanın fəaliyyəti zamanı müəyyən İran vətəndaşları qanun pozuntularına yol verib və onların hərəkətləri ilə bağlı ölkəmizdə də şikayətlər mövcuddur. Bu arada, bu şəxslər öz əlaqələrindən istifadə edərək İranda da qeyri-qanuni fəaliyyətdə bulunublar və nəticədə əldə edilən bütün sənədlər buraya göndərilib. Hüquq-mühafizə orqanlarımız bu şikayətləri incələyiblər və nəticədə Çarukyan zərərçəkmişdən təqsirləndirilən tərəfə çevirilib", - deyə vəkil vurğulayıb.

Xatırladırıq ki, Çarukyanın Tsaxkadzordakı otelləri — "Multi Rest", "Multi Rest Resort", "Multi Rest Sky" və "Multi Grand" — möhürlənib. "Multi Group" konqlomeratının tərkibində fəaliyyət göstərən onlarla şirkət işini dayandırıb və bu günə olan məlumata görə, təxminən 7000 əməkdaş məcburi məzuniyyətə göndərilib.

İveta Tonoyan aydınlıq gətirərkən bildirib ki, Çarukyanın malikanəsində saxlanılan heyvanlar müvəqqəti olaraq sakitləşdirici vasitə ilə yuxuya verilib.

İstintaqa görə, Ermənistanda qeydiyyatdan keçmiş bir şirkətin sahibi Çarukyan yanacaq idxalı və satışı ilə məşğul olan R.K. ilə cinayətkar əlaqəyə girib.

Müstəntiqlər hesab edirlər ki, onlar yanacaq təchizatı müqaviləsi ilə əlaqədar olaraq İran vətəndaşı Y.İ.-dən 934.465 dollar məbləğində pulu saxtakarlıq yolu ilə mənimsəyiblər. İddialara görə, bu vəsaitlər sonradan "yuyulmaq" üçün Çarukyanın şirkətinin maiyyə hesabatlarına daxil edilib.

Alparslan Demokrat.az

D
demokrat.az