Şou-biznes

İradə İbrahimova ailəsindəki ağır itkidən yazdı

İradə İbrahimova ailəsindəki ağır itkidən yazdı

Müğənni İradə İbrahimovanın ailəsində ağır itki üz verib.

Sənətçinin xalası dünyasını dəyişib. Bununla bağlı paylaşım edən İ. İbrahimova bunları yazıb:

“Çox itkilərim olub. Əllərimlə çiçək kimi tərtəmiz çimizdirib torpağa təslim etdiklərim də olub. Yola salarkən inanmağım gəlməsə də, hər ölümdə tək bir nöqtədə birləşəcəyimizi düşünürəm. Və o gün mütləq olacaq. Bitən heç nə yoxdur, başlanğıc var.

İnsanların içində insana həsrət qalmağım içimi sızladacaq. Ən yaxın rəfiqəm, dərd ortağım, dinləyənim, anlayanım, məni məndən daha yaxşı tanıyanım, halal et. Mən bir müddət də bu səyyarədə var olmağa davam edəcəyəm. Məkanın cənnət olsun, Rəhiləm. Zümrüdünə qovuşanda mənim yerimə də qucaqla.” (axşam.az)

İradə İbrahimova ailəsindəki ağır itkidən yazdı

Demokrat.az

D
demokrat.az