Dünya Özəl

Çinli məmur korrupsiyaya görə ölüm cəzasına məhkum edildi

Çinli məmur korrupsiyaya görə ölüm cəzasına məhkum edildi

Keçmiş Nankin şəhərinin iqtisadi və texnoloji inkişaf zonasının administrasiyası rəhbərinin müavini Yan Yulin korrupsiya ittihamı ilə ölüm cəzasına məhkum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, Tszyansu əyalətinin Çançjou şəhərinin Orta Xalq Məhkəməsi Yan Yulini ömürlük siyasi hüquqlardan da məhrum edib və ona məxsus bütün şəxsi əmlakın müsadirə olunmasına qərar verib.

İstintaqın məlumatına əsasən, keçmiş məmurun mənimsədiyi büdcə vəsaitinin ümumi məbləği 325 milyon ABŞ dollarına çata bilər. O, həmçinin maliyyə saxtakarlığı və korrupsiya əməllərində də ittiham olunur.

Bundan əvvəl Çin Xalq Respublikasının sədri Si Cinpin ölkədə korrupsiyanın tamamilə aradan qaldırılmasının və rüşvətxorların gizlənmək üçün bütün imkanlardan məhrum edilməsinin vacibliyini bəyan etmişdi. Dövlət başçısı korrupsiyaya qarşı mübarizənin hələ də mürəkkəb olaraq qaldığını vurğulayıb. O, korrupsiyanı həm Çin Kommunist Partiyasının, həm də ölkənin inkişafına mane olan "pələng"lə müqayisə edib.

Jalə Demokrat.az

D
demokrat.az