Məşhur messencer istifadəçilərin işini daha da asanlaşdıracaq yeni funksiya üzərində işləyir. "WhatsApp" tətbiqində aktiv olan şəxsləri dərhal tanımaq üçün xüsusi indikator tətbiq ediləcək.
Platformada onlayn statusu daşıyan şəxslər yaşıl nöqtə ilə işarələnəcək.
Yenilik ilkin olaraq "Android" əməliyyat sistemində sınaqdan keçirilib. Hazırda isə sözügedən funksiyanın "iOS" sisteminin beta versiyasında yoxlanılmasına başlanılıb. Yeni qaydaya görə, şəxs şəbəkədə olduqda onun profil şəklinin sağ küncündə yaşıl rəngli kiçik nişan bərqrar olacaq. Şəxs proqramdan çıxan kimi həmin işarə dərhal itəcək.
Bu funksiya mövcud məxfilik qaydalarına heç bir xələl gətirməyəcək. Onlayn statusunu öncədən gizlədən şəxslərdə həmin yaşıl nişan heç vaxt görünməyəcək. Sistem hələlik məhdud sayda test istifadəçisi üçün aktiv edilib. Yeniliyin hamı üçün tam olaraq nə zaman açılacağı isə hələlik dəqiq bilinmir.
Jalə Demokrat.az


