NATO dövlət başçılarının növbəti Sammiti Ankarada keçiriləcək.
Demokrat.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankara NATO-nun dövlət başçılarını gözləyir.
Təhlükəsizlik qüvvələri şəhərdə sözün əsl mənasında quş uçurtmurlar. Ankaranın Sammitin keçiriləcəyi hissəsində və ona bitişik küçə və prospektlərdə polis və jandarma ciddi təhlükəsizlik tədbirləri görüb.
Bundan başqa, Ankaranın səması da 24 saat ərzində onlarla helikopter, təyyarə və dronla müşahidə edilir.
Xatırladırıq ki, NATO Sammiti 7-8 iyulda keçiriləcək və tədbirə ABŞ prezidenti Donald Tramp da qatılacaq.
Şəhərdəki son durumu özündə əks etdirən kadrları sizə təqdim edirik:
Alparslan Demokrat.az


