Sosial

Ayaz Qocamanov şəhər stadionunda izdihamlı görüş keçirdi — VİDEO+FOTO

Ayaz Qocamanov şəhər stadionunda izdihamlı görüş keçirdi — VİDEO+FOTO

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən millət vəkilliyinə namizəd Ayaz Qocamanovun təşviqat kampaniyasının növbəti mərhələsi start götürüb.

Namizədin seçki qərargahından Demokrat.az-a verilən məlumata görə, kampaniya çərçivəsində Ağsu sakinləri ilə növbəti izdihamlı görüş Ağsu şəhər stadionunda baş tutub. Ayaz Qocamanova dəstək vermək üçün görüşə gələn minlərlə rayon sakini 9 fevralda keçirilən seçkilərdə Ayaz Qocamanova səs verəcəklərini açıq şəkildə bəyan ediblər.

Tədbirdə çıxış edən iddialı namizəd Ayaz Qocamanov rayon sakinlərinə böyük etimad göstərdikləri üçün təşəkkür edib, millət vəkili seçiləcəyi təqdirdə daima onların problemləri ilə məşgul olacağına, onları tək qoymayacağına söz verib.

Daha sonra namizədin təşviqat kampaniyasına dəstək verən Azərbaycanın əməkdar artistləri Elnarə Abdullayeva və Rəşad İlyasov, “Muğam Aləmi” 3-cü Beynəlxalq Muğam Festivalının qalibi, xanəndə Mirələm Mirələmov, Ağsu sakinlərinin sevimli müğənnisi Xalid Ağsulu seçicilərə müsiqi ərməğan edib. Bir neçə saat davam edən təşviqat kampaniyası rayon sakinlərinin böyük marağına səbəb olub, onlar bir daha Ayaz Qocamanova dəstək olduqlarını gurultulu alqışlarla bəyan ediblər. Ağsu şəhər stadionunda keçirilən tədbiri, Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Elnur Kərimov idarə edib.

İddialı namizəd Ayaz Qocamanovun kəndlərdə görüşləri davam edir.

Qeyd edək ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizədliyi qeydə alınan Ayaz Qocamanov gənc iqtisadçıdır. Azərbaycanın Türkiyə və Rusiya ticarət əlaqələrində kiçik sahibkarlara dəstək verən tanınmış marketinq mütəxəsisidir.

D
demokrat.az