Şou-biznes Özəl

Toylarına 20 milyon dollar xərcləyiblər — FOTOLAR

Toylarına 20 milyon dollar xərcləyiblər — FOTOLAR

Amerikalı müğənni Teylor Svift və Amerika futbolu ulduzu Travis Kelsin iki gün davam edən toy mərasiminin təxminən 20 milyon ABŞ dollarına ) başa gəldiyi bildirilir.

Demokrat.az xəbər verir ki, cütlük ötən cümə axşamı və cümə günləri Nyu-Yorkdakı "Madison Square Garden" idman arenasında keçirilən mərasimlə ailə qurublar. "Forbes" jurnalının məlumatına görə, toyun ümumi dəyəri ən azı 20 milyon ABŞ dolları təşkil edib.

Cütlük müğənninin karyerası ərzində səkkiz dəfə konsert verdiyi, 20 min tamaşaçı tutumuna malik "Madison Square Garden" arenasını iyulun 2-də 100 nəfərlik şam yeməyi, iyulun 3-də isə 999 qonağın iştirak etdiyi əsas toy mərasimi üçün icarəyə götürüb. Həmçinin iyulun 2-dən 4-nə qədər arenanın ətrafındakı küçələrin bağlanması üçün də böyük məbləğ ödənildiyi qeyd olunur.

Məlumata görə, tarixi məkanın icarəsi, dəbdəbəli gül kompozisiyaları, yüksək səviyyəli təhlükəsizlik tədbirləri, yemək və içki xidmətləri daxil olmaqla toyun ümumi xərci ən azı 20 milyon ABŞ dolları olub. Bu məbləğin ötən yay Venesiyada milyarder Ceff Bezos və Lauren Sançezin keçirilən dəbdəbəli toyunun dəyəri ilə eyni səviyyədə olduğu bildirilir.

Xəbərdə qeyd olunur ki, Teylor Sviftin sərvəti 2,1 milyard ABŞ dolları, Travis Kelsin sərvəti isə 100 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Cütlüyün 40 səhifəlik nikah müqaviləsi imzaladığı da bildirilir. Müğənninin maliyyəçi atası tərəfindən hazırlanan müqaviləyə əsasən, evlilikdən əvvəl tərəflərin əldə etdikləri bütün aktivlər onların şəxsi mülkiyyəti olaraq qalacaq.

"Madison Square Garden"in möhtəşəm bağa çevrildiyi toy mərasimində incəsənət və idman dünyasının çoxsaylı tanınmış simaları iştirak edib. Cütlüyün ailə üzvləri, qohumları, qonşuları və yaxın dostları da qonaqlar arasında olublar.

Təxminən min qonağın qarşısında məşhur komediya aktyoru Adam Sendlerin rəsmiləşdirdiyi nikah mərasimində cütlük bir-birinə "hə" deyib və özlərinin qələmə aldıqları nikah andlarını səsləndirib.

Məxfilik qaydalarına uyğun olaraq, qonaqlar və personal zala daxil olmazdan əvvəl mobil telefonlarını təşkilatçılara təhvil verib, mərasim zamanı foto və video çəkilişinə icazə verilməyib. Bununla yanaşı, cütlüyün xüsusi dəvət etdiyi peşəkar çəkiliş qrupu mərasimi tam şəkildə lentə alıb və bu görüntülər əsasında sənədli filmin hazırlanacağı bildirilir.

Toyda iştirak edən qonaqlara xüsusi hazırlanmış xatirə dəsmalları hədiyyə edilib. Dəsmalların üzərində ürək fiqurları ilə əhatələnmiş iç-içə keçən iki "T" hərfi, toyun tarixi olan 3 iyul 2026, mərasimin keçirildiyi Nyu-York şəhərinin adı və Teylor Sviftin 2014-cü ildə təqdim etdiyi "Blank Space" mahnısının giriş misrası – "Deməli, bu, əbədi belə davam edəcək..." ifadəsi yer alıb.

İyulun 2-də keçirilən şam yeməyində iştirak edən qonaqlara isə brilyantla bəzədilmiş badələr hədiyyə olunduğu qeyd edilir.

Toylarına 20 milyon dollar xərcləyiblər — FOTOLAR

Toylarına 20 milyon dollar xərcləyiblər — FOTOLAR

Jalə Demokrat.az

D
demokrat.az