Dünya Özəl

Paşinyandan "beşinci kolona" daha bir zərbə: Çarukyanın evində axtarış aparılır

Paşinyandan beşinci kolona daha bir zərbə: Çarukyanın evində axtarış aparılır

Hazırda Kremlin Ermənistandakı əlalaltılarından biri, məşhur oliqarx Qaqik Çarukyanın evində axtarış aparılır.

Demokrat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasının sədri Çarukyan Paşinyana qarşı mjübarizə aparan "beşinci kolonun" əsas maliyyələçilərindən biri hesab olunur.

Bu gün, iyulun 6-sı, Paşinyanın Rusiya səfəri başladığı bir vaxtda, Ermənistanın güc strukturları məhkəmə orderi ilə Qaqik Çarukyanın villasına gəliblər.

Yayılan məlumatlarda onun son seçkilər ərəfəsində və seçkilərdən sonra qanuni yolla seçilmiş yeni hakimiyyətə qarşı qeyri-leqal yollarla mübarizə aparan, ölkə daxilinə vətəndaş qarşıdurması salmağı planlayan gizli şəbəkənin üzvlərindən biri olduğu bildirilir.

Xatırladırıq ki, Çarukyan deputatdır və axtarışdan bir neçə gün öncə prokurorluq MSK-ya məktub göndərərək onun toxunulmazlığının qaldırılmasını tələb edib.

Alparslan Demokrat.az

D
demokrat.az