Dövlət bankı Azər Türk Bankistehlak kreditləriüzrə başlatdığı kampaniyanı cari ilin 31 iyul daxil olmaqla, həmin tarixədək davam etdirir.
Kampaniya zamanı Banka müraciət edən şəxslər illik faiz dərəcəsi9,9%-dən başlayan kreditlər əldə edə biləcəklər.
59 ay müddətinədək, minimal0%-dən başlayan komissiya ilə təklif edilən zaminsiz kreditin maksimal məbləği 80 000 manatdır.
Qeyd edək ki, bir ildən artıq müddətə kredit götürən müştərinin aylıq gəlirindən asılı olaraq illik faiz dərəcələri və xidmət haqqı məbləği dəyişir.
Digər banklarda krediti olan şəxslər kredit öhdəliyini Azər Türk Banka refinans edə bilərlər. Bank 80 min manatadək krediti müraciət edən şəxsin minimum 5000 manat məbləğində refinans olunacaq öhdəliklərinin orta illik faiz dərəcəsindən 6%-dək aşağı faizlə rəsmiləşdirir.
Krediti Azər Türk Bankın saytındaonlinevəatb360mobil tətbiqində sifarişvermək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatıhttps://atb.azsaytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp(055) 7770 945, yaxud 945 nömrəliÇağrı Mərkəzindənəldə edə bilərsiniz.


