Maraqlı Özəl

Var-dövləti cəlb etmək üçün qapınızın yanına bu sarı əşyanı qoyun

Var-dövləti cəlb etmək üçün qapınızın yanına bu sarı əşyanı qoyun

Evin giriş qapısının yanında yerləşdirilən sadə bir əşyanın maddi rifahı və bolluğu cəlb edə biləcəyi iddia olunur.

Demokrat.az xəbər verir ki, astrologiya və Vastu təlimində giriş qapısı evə enerjinin daxil olduğu əsas məkan hesab edilir. Məhz buna görə qapının yaxınlığında sarı rəngli kasa saxlamağın müsbət enerji, bərəkət və maddi imkanları artırdığına inanılır.

Mənbədə qeyd olunur ki, sarı rəng bolluq, firavanlıq, nikbinlik və uğurun rəmzi sayılır. Bu səbəbdən evin giriş hissəsində sarı rəngli kasanın yerləşdirilməsi simvolik olaraq rifahın və xoşbəxtliyin evə yol tapmasına kömək edən vasitə kimi qiymətləndirilir.

Bununla yanaşı, kasanın daim təmiz saxlanılması xüsusi əhəmiyyət daşıyır. Həmçinin evin giriş hissəsinin səliqəli və təmiz olması tövsiyə edilir. İnanclara görə, dağınıq və çirkli giriş müsbət enerjinin hərəkətinə mane ola bilər.

Vastu təlimində evin giriş hissəsinin enerjinin toplandığı əsas nöqtələrdən biri olduğu vurğulanır. Bu səbəbdən həmin ərazidə istifadə olunan rənglərin və əşyaların insanın həyatına, o cümlədən maddi durumuna təsir göstərdiyi düşünülür.

Qeyd edək ki, bu yanaşmalar astrologiya və Vastu təliminə əsaslanan inanclardır. Sarı rəngli kasanın bolluq və var-dövlət gətirməsi ilə bağlı iddiaları təsdiqləyən elmi sübutlar mövcud deyil.

D
demokrat.az