6–12 iyul 2026-cı il tarixlərini əhatə edən həftə üçün hazırlanan astroloji proqnoza görə, bu dövr üç bürcün nümayəndələri üçün xüsusilə uğurlu hesab olunur.
Demokrat.az xəbər verir ki, "YourTango" nəşrinin yazdığına görə, həftənin insanlara öz güclərinə inanmağa, onları məhdudlaşdıran düşüncələrdən uzaqlaşmağa və həyatlarını müsbət istiqamətdə dəyişə biləcək imkanlardan yararlanmağa təşviq edəcəyi bildirilir.
Astroloqların fikrincə, iyulun 8-də Qoç bürcündə baş verəcək Ayın son rübü insanları daha qətiyyətli olmağa və indiyədək cəsarət etmədikləri addımları atmağa təşviq edə bilər. Bu mərhələnin tərəddüd və qorxuları arxada qoymağa kömək edəcəyi bildirilir. Astroloqlar qeyd edirlər ki, həqiqətən arzulanan məqsədlər zaman keçdikcə yox olmur və məqsədə aparan yol gözləniləndən uzun olsa belə, israrın nəticə verə biləcəyi hesab olunur.
Oğlaq
Astroloji proqnoza əsasən, Oğlaq bürcü üçün praktiki qərarlar və düşünülmüş hazırlıq dövrünün başlayacağı bildirilir. İyulun 9-da Veneranın Qız bürcünə keçidinin planları qaydaya salmağa və əsas hədəflərə diqqət yetirməyə kömək edə biləcəyi qeyd olunur. Bu dövrdə emosional qərarlar əvəzinə daha düşünülmüş və ardıcıl addımların atılacağı bildirilir.
Həftənin yeni biliklər əldə etmək, strategiya hazırlamaq və gələcək dəyişikliklərə hazırlaşmaq üçün əlverişli olacağı qeyd edilir. Astroloqlar ilk addımdan mükəmməl nəticə gözləməməyi və hadisələrin təbii axarına imkan verməyi tövsiyə edirlər.
Tərəzi
Proqnoza görə, Tərəzi bürcü üçün bu həftənin yeni mərhələnin başlanğıcı ola biləcəyi bildirilir. Əkizlər bürcündə Ay və Marsın birləşməsinin məqsədlərə doğru irəliləmək istəyini gücləndirə biləcəyi qeyd olunur. Uranın təsirinin isə yenilənməyə və artıq fayda verməyən vərdişlərdən imtina etməyə stimul verəcəyi bildirilir.
Astroloqlar hesab edirlər ki, bu dövrdə keçmişin bəzi səhifələrini bağlamağın vaxtının çatdığını dərk etmək mümkün ola bilər. İntuisiyaya qulaq asmaq və daxili istəkləri nəzərə almaq tövsiyə olunur.
Şir
Astroloji proqnoza əsasən, Şir bürcü üçün əsas ilham mənbəyinin iyulun 8-də Qoç bürcündə baş verəcək Ayın son rübü olacağı bildirilir. Bunun insanlara arzularına inanmağa və qarşıya çıxan çətinlikləri şəxsi inkişafın bir hissəsi kimi qəbul etməyə kömək edə biləcəyi qeyd olunur.
Bu həftənin arzuları konkret fəaliyyət planına çevirmək üçün əlverişli olduğu bildirilir. Astroloqlar qorxu, tərəddüd və mühüm qərarları təxirə salmaq vərdişindən uzaq durmağı tövsiyə edirlər. Onların fikrincə, inamla irəliləyən insanların gələcək uğurlar və rifah üçün möhkəm təməl qura biləcəyi hesab olunur.
Jalə Demokrat.az


