Şou-biznes

Ahu Tuğbanın qızından anasının mirası ilə bağlı açıqlama — FOTO

Ahu Tuğbanın qızından anasının mirası ilə bağlı açıqlama — FOTO

2024-cü ildə vəfat edən "Yeşilçam"ın unudulmaz aktrisası Ahu Tuğbanın qızı Anjelik Calvin, anasının ona qoyduğu mirasla bağlı diqqətçəkən açıqlamalar verib.

Demokrat.az xəbər verir ki, Calvin bildirib ki, anasının ona kifayət qədər böyük miras buraxdığını deyərək, “Əmlakları və müxtəlif gəlir mənbələri var. Heç işləməsəm də dolana bilərəm” sözlərini işlədib.

Calvin uşaqlıq illərində yüksək səviyyəli həyat yaşadığını da qeyd edib. Onun sözlərinə görə, 23 yaşına qədər 5 dayə ilə böyüyüb, həftə içi və həftə sonu üçün ayrıca sürücüləri olub, həmçinin xüsusi helikopter və yaxtalarla səyahət edib.

Anası ilə bağlı danışan Calvin, Ahu Tuğbanın ona maddi dəyərlərlə yanaşı mənəvi miras da qoyduğunu bildirib. O, anasının Qurani-Kərim və duaları ən böyük mənəvi miras kimi ona ötürdüyünü deyib. Calvin həmçinin “Anamın bir vəsiyyəti var, onu hələlik sürpriz olaraq saxlayıram” ifadəsini işlədərək, açıqlanmayan bir vəsiyyətin mövcud olduğunu bildirib.

Açıqlamalarında anasının ətrafı ilə bağlı da danışan Calvin bəzi şəxsləri vəfasızlıqda ittiham edib. O, anasının uzun illər yaxın münasibətdə olduğu bəzi insanların dəfn mərasiminə qatılmadığını iddia edib. Son günləri barədə danışdı

Anjelik Calvin anasının ölümündən əvvəlki son günlərinin çətin keçdiyini də qeyd edib. Onun sözlərinə görə, Ahu Tuğba son həftələrdə yuxusuzluq, qızdırma və ürək ağrılarından əziyyət çəkib, vəziyyəti getdikcə ağırlaşıb.

Calvin anasının son sözlərini isə belə xatırladığını bildirib: “Öləcəyimi hiss edirəm. Mənə bir şey olsa, məni burada yox, vətən torpağında dəfn edin.”

Ahu Tuğbanın qızından anasının mirası ilə bağlı açıqlama — FOTO

Leyla Demokrat.az

D
demokrat.az