İsrailin müdafiə naziri İrana qarşı müstəqil müharibəyə hazır olduqlarını bəyan edib.
İsrail Müdafiə Qüvvələri lazım gələrsə, İrana qarşı müstəqil müharibə aparmağa hazırdır.
Demokrat.az "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə bu gün müdafiə naziri İsrael Katz bildirib.
"İsrailin Baş Qərargahı istənilən təhlükəni aradan qaldırmaq üçün zərurət yaranarsa, müstəqil olaraq İrana zərbə endirməyə hazır olmalıdır", - deyə Katz vurğulayıb.
Qeyd edək ki, Katzın bu bəyanatı son İsrail-Fələstin müharibəsinin başlanmasının 1000-ci gününə təsadüf edir. İsrailin Qəzzaya hücumu 2023-cü il oktyabrın 7-də, HAMAS-ın İsrail ərazisinə hücumundan sonra başlamışdı.
O, həmçinin xatırladıb ki, son silahlı münaqişə zamanı İsrail “İran rəhbərliyinin əksəriyyətini sıradan çıxarmağa və İranın strateji imkanlarına zərbə vurmağa” nail olub.
Xatırladırıq ki, dünən İranın xarici işlər naziri Abbas Əraqçi İsraili İrana qarşı təhdid bəyanatlarından çəkinməyə çağıraraq xəbərdarlıq etmişdi. O, bildirmişdi ki, Tehran istənilən təhlükəyə "dərhal və daha şiddətli şəkildə" cavab verəcək.
Alparslan Demokrat.az


