Rusiyada yanacaqdoldurma məntəqəsində növbə üstündə dava düşüb. Sosial şəbəkələrdə yayılan videogörüntülər ölkədə yaranan yanacaq böhranının və uzun növbələrin artıq fiziki qarşıdurmaya keçdiyini göstərir.
Hadisənin yanacaq növbəsi üstündə düşdüyü bildirilir. Görüntülərdən dörd qadının bir kişi ilə mübahisə etdiyi, daha sonra isə tərəflərin əlbəyaxa olduğu görünür. Münaqişə zamanı qadınlardan biri ağır xəsarət alıb, onun burnu sınıb.
Son vaxtlar ölkədə benzin qıtlığı və saatlarla davam edən növbələr səbəbindən sürücülər arasında bu cür əlbəyaxa davaların tez-tez baş verdiyi qeyd olunur. Münaqişələrin sayının artması isə sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmır.


