Siyasət

Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi — FOTOLAR

Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi — FOTOLAR

Fövqəladə Hallar Nazirliyində general vəzifəsindən azad edilib.

Demokrat.az manset.az-a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Nazirliyin Aviasiya Dəstəsinin rəisi general-mayor Əşrəf Qasımov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in baş hərbi eksperti general-mayor Fərhad Səmədov Milli Aviasiya Dəstəsinin rəisi təyin olunub.

Qeyd edək ki, Fərhad Səmədov uzun illərdir FHN-də çalışır. O, bundan əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.

Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi — FOTOLAR

Əşrəf Qasımov

Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi — FOTOLAR

Fərhad Səmədov

D
demokrat.az