Şou-biznes Özəl

Tom Kruza oxşamaq istədi, peşman oldu: "Artıq güzgüyə belə baxmıram"

Tom Kruza oxşamaq istədi, peşman oldu: Artıq güzgüyə belə baxmıram

İngilis aktyoru Rupert Everett gənclik illərində Tom Kruz kimi görünmək arzusu ilə sağlamlığını riskə atdığını etiraf edib.

Demokrat.az xəbər verir ki, onun sözlərinə görə, bu cəhdlər sonradan sağlamlığına qalıcı zərər vurub və indi hətta güzgüyə baxmaq belə istəmir.

67 yaşlı Everett bildirib ki, aktyorluq karyerasının əvvəlində Tom Kruzun fiziki görünüşünə heyran olub və onun kimi əzələli bədən quruluşuna sahib olmağa çalışıb. Lakin 1,96 metr boyunda və arıq bədən quruluşuna malik olduğu üçün bunun mümkün olmadığını sonradan anlayıb.

Buna baxmayaraq, o, illərlə intensiv məşq etdiyini, lakin bunu düzgün üsullarla etmədiyini deyib. Everett isinmə hərəkətləri etmədən ağır məşqlərə başladığını və bunun nəticəsində ciddi zədə aldığını bildirib.

"Mən özümü məhv etdim. Bunun nəticəsində şikəst qaldım", deyə aktyor etiraf edib.

Everett əlavə edib ki, arzuladığı fiziki görünüşə nail ola bilmədiyi üçün bir müddət protezlərdən istifadə edərək daha əzələli görünməyə çalışıb.

Aktyor hazırda həmin qərarlarından peşman olduğunu bildirib. O deyib ki, karyerasında kommersiya baxımından uğurlu Hollivud filmlərinə üstünlük vermək əvəzinə, teatr səhnəsinə daha çox diqqət ayırmalı idi.

"Mümkünsə, artıq güzgüyə belə baxmıram", deyə Rupert Everett bildirib.

Qeyd edək ki, Rupert Everett "My Best Friend's Wedding" filmi ilə geniş tanınıb. O, sonrakı illərdə "Shrek 2" və "Shrek the Third" cizgi filmlərində də səsləndirmə aktyoru kimi çalışıb.

Jalə Demokrat.az

D
demokrat.az