Mərhum müğənni Fatih Ürekin mirası ilə bağlı müzakirələr davam edərkən, tanınmış sənətçi Demet Akalın də öz vəsiyyəti barədə danışıb.
Demokrat.az xəbər verir ki, Fatih Ürekin ailəsinin mirasla bağlı açıqlamalarından sonra Demet Akalın sosial şəbəkədə diqqətçəkən paylaşım edib. Sənətçi bildirib ki, istədiyi insanlara sağlığında dəstək olur və gələcəkdə mal varlığının taleyi ilə bağlı qərarını artıq verib.
Demet Akalın paylaşımında Fatih Ürekin mirası ilə bağlı da fikirlərini ifadə edərək, “İstəsəydi, sağlığında verərdi” sözlərini işlədib. Müğənni daha sonra öz vəsiyyətini açıqlayaraq qalan bütün əmlakının qızı Hiraya qalacağını bildirib.
Sənətçinin açıqlaması qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun səmimi etiraflarını dəstəkləyib, digərləri isə miras məsələsi ilə bağlı fərqli fikirlər səsləndirib.
Qeyd edək ki, Fatih Ürekin vəfatından sonra onun milyonlarla lirə dəyərində olduğu bildirilən əmlakı və mirasının bölüşdürülməsi Türkiyə mediasında uzun müddətdir müzakirə olunur.
Jalə Demokrat.az


