Dünya Özəl

Türkiyədə həyəcanlı anlar: Patlayıcı yüklü PUA düşdü — VİDEO

Türkiyədə həyəcanlı anlar: Patlayıcı yüklü PUA düşdü — VİDEO

Türkiyənin Trabzon vilayətində partlayıcı daşıdığı bildirilən pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, hadisə Vakfıkebir rayonunun Açıqalan məhəlləsində qeydə alınıb. Məlumata görə, PUA kənd ərazisində ağaca çırpıldıqdan sonra partlayıb. Hadisə yerinə cəlb olunan təhlükəsizlik qüvvələri ərazidə araşdırmalara başlayıb.

İlkin texniki araşdırmalar zamanı aparatın daxilində təxminən 5 kiloqram partlayıcı maddənin olduğu müəyyən edilib. Məlumatlara görə, PUA-nın Ukraynaya məxsus olduğu ehtimal edilir.

Partlayış nəticəsində ölən və ya xəsarət alan olmayıb. Lakin hadisə yerli sakinlər arasında qısa müddətli təşvişə səbəb olub. Ərazi təhlükəsizlik zolağına alınaraq geniş araşdırma başlanıb.

Qeyd edək ki, son aylarda Türkiyənin Qara dəniz sahillərində pilotsuz aparatlarla bağlı oxşar hadisələr də qeydə alınıb.

View this post on Instagram

A post shared by Trabzon Anlik (@trabzonanliktr)

Jalə Demokrat.az

D
demokrat.az