Dünya

Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu

Honsyu adasında (Yaponiya) 6,0 maqnitudalı zəlzələ olub.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.

Zəlzələnin ocağı 44 km dərinlikdə yerləşib. Yeraltı təkanlar 239 min nəfər əhalisi olan Hatinohe şəhərindən 84 km aralıda baş verib.

Demokrat.az

D
demokrat.az