Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Özbəkistan Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu birlikdə qrant müsabiqəsi elan edib.
Bu barədə Demokrat.az-a QHT Agentliyindən məlumat verilib.
Bu gündən müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbulu başlayıb.
Azərbaycan QHT-lərinin sənədlərinin qəbulunu Azərbaycan QHT Agentliyi, Özbəkistan QHT-lərinin sənədlərinin qəbulunu isə Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu aparacaq.
Azərbaycan QHT-ləri layihələrini Özbəkistanda, Özbəkistan QHT-ləri isə Azərbaycanda icra etməlidir.
Müraciət üçün son tarix iyulun 30-dur. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək, elan ediləcək.
Demokrat.az


