Dünya

Ermənistan KİV-i: Rusiya ikinci iri sanksiyalar paketini hazırlayır

Ermənistan KİV-i: Rusiya ikinci iri sanksiyalar paketini hazırlayır

“İddialara görə, Avropa Komissiyası Prezidenti Ursula fon der Lyayenin Ermənistana səfərindən sonra Rusiya Ermənistana qarşı ikinci genişmiqyaslı sanksiyalar paketini tətbiq edə bilər”.

Demokrat.azxəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bu gün Ermənistana gözlənilən səfəri hakimiyyət daxilində də müəyyən narahatlıqlar yaradıb.

“Bir neçə ay əvvəl Avropa forumunun keçirilməsi və xüsusilə Volodimir Zelenskinin Ermənistana səfərindən sonra Rusiya ixrac məhdudiyyətləri şəklində sanksiyalar tətbiq etmişdi. “Vətəndaş Müqaviləsi” Partiyasındakı bəzi daha təmkinli şəxslər həmin vaxt bunu əvvəlcədən proqnozlaşdırmışdılar. İndi isə həmin şəxslər hesab edirlər ki, avropalı yüksəkvəzifəli nümayəndənin səfərindən sonra Rusiya ikinci iri sanksiyalar paketini gündəmə gətirəcək”, - deyə nəşr qeyd edib.

Bildirilib ki, iyulun 1-2-də Ermənistana gələcək Avropa nümayəndə heyətinin tərkibində Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos da olacaq.

“Bu səfər parlament seçkilərindən sonra və Konstitusiya Məhkəməsinin qərarı açıqlanmamışdan əvvəl Nikol Paşinyana göstərilən xüsusi siyasi dəstək jesti olacaq. Lakin bunun nəticələrini ilk növbədə Ermənistanın sahibkarları və ümumilikdə ölkə əhalisi öz üzərində hiss edəcək”, - deyə məlumatda qeyd olunub.(Ordu.az)

Demokrat.az

D
demokrat.az