Bu gündən Azərbaycanda həyatın bir çox sahəsini əhatə edən mühüm yeniliklər qüvvəyə minib.
Nəqliyyat sistemində iki böyük dəyişiklik var. Paytaxtda sərnişinlərin istifadə etdiyi "BakıKart" kartının satış qiyməti artaraq 3 manat olub.
Bölgə istiqamətində isə Bakı-Balakən qatarının hərəkət qrafiki yenilənib. Qatarlar artıq paytaxtdan saat 23:30-da, Balakəndən isə saat 21:10-da yola düşəcək.
Energetika və ekologiya sahəsində də mühüm addım atılıb. Bu gündən gücü 25-60 Vt olan közərmə lampalarının ölkəyə gətirilməsi, istehsalı və satışı tam dayandırılıb.
Sosial sahədə qadınların pensiya yaşı 64 yaş yarımdan 65 yaşa qaldırılıb. Hərbi sahədə isə iyulun 30-dək davam edəcək növbəti çağırış və tərxis prosesi başlayıb.


