Şou-biznes

"Harri Potter"in aktyoru vəfat etdi

Harri Potterin aktyoru vəfat etdi

Britaniyalı tanınmış aktyor Maykl Birn 82 yaşında dünyasını dəyişib.

"The Guardian" qəzetinin yaydığı məlumata görə, o iyunun 20-də vəfat edib. Aktyorun ölüm səbəbi barədə geniş məlumat verilməyib.

Maykl Birn tamaşaçılara daha çox "İndiana Cons", "Ceyms Bond" və "Harri Potter" filmlərindəki rolları ilə tanınıb. O, yaradıcılıq yoluna Londondakı məşhur "The Old Vic" teatrında başlayıb.

Ötən əsrin altımışıncı illərində o, səhnəni Lorens Olivye və Meqqi Smit kimi əfsanəvi ulduzlarla bölüşüb. Aktyor teatrla yanaşı, kino sahəsində də böyük uğurlar qazanıb.

Onun ən yaddaqalan obrazlarından biri "İndiana Cons və Son Səlib yürüşü" filmindəki SS polkovniki Valter Vogel rolu olub. Ekran işində baş rolları Harrison Ford və Şon Konneri canlandırıblar.

Aktyor həmçinin "Sabah heç vaxt ölmür" və "Harri Potter və Ölüm hədiyyələri" filmlərində yaddaqalan obrazlar yaradıb. Sənətkar son illərə qədər teatr səhnəsindən ayrılmayıb.

Demokrat.az

D
demokrat.az