"Yeraltı" serialında baş rolları paylaşan Devrim Özkan və Deniz Can Aktaş barədə yayılan eşq iddiaları yeni görüntülərlə yenidən gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, serialda canlandırdıqları obrazlarla ekran qarşısında böyük uyum yaradan ikili sosial mediada da tez-tez müzakirə olunurdu. Uzun müddətdir “set eşqi gerçək oldu” iddiaları səsləndirilirdi.
İddialara görə, ABŞ səfəri zamanı əvvəlcə Los Angeles şəhərində eyni məkanda görüntülənən aktyorlar, daha sonra New York City-də, xüsusilə Brooklyn bölgəsində birlikdə gəzərkən və alış-verişdən çıxarkən əl-ələ halda kameralara düşüblər.
Sosial şəbəkələrdə sürətlə yayılan bu görüntülər “serialdakı eşq real həyata keçdi” kimi şərhlərə səbəb olub. Lakin hazırkı ana qədər nə Devrim Özkan, nə də Deniz Can Aktaş münasibət iddialarını nə təsdiqləyib, nə də təkzib edib.
Qeyd edək ki, Devrim Özkanın keçmişdə Lucas Torreira ilə münasibəti ilə bağlı iddialar da bu xəbərlərlə yenidən gündəmə gəlib.

Leyla Demokrat.az


