Sağlamlıq Özəl

Meyvə yedikdən nə qədər müddət sonra çay, su olar?

Meyvə yedikdən nə qədər müddət sonra çay, su olar?

Meyvə yedikdən dərhal sonra su və ya çay içmək həzm sistemini tamamilə korlayır. Mütəxəssislər meyvədən sonra maye qəbulu üçün mütləq gözləməyi tövsiyə edirlər.

Meyvə yedikdən ən azı 30-45 dəqiqə sonra su içmək olar. Çay üçün isə bu müddət bir qədər də uzanmalıdır. Meyvədən təxminən 1 saat sonra çay içmək sağlamlıq üçün tam təhlükəsizdir.

Qaydalara əməl etməmək mədənin turşuluq balansını pozur və qəbizlik yaradır. Həmçinin orqanizmdə qaz, köp və kəskin mədə ağrıları baş qaldırır. Meyvədəki şəkər maye ilə birləşəndə mədədə sürətlə qıcqırma prosesi gedir.

Beləliklə, meyvənin faydasını itirməmək və həzm problemləri yaşamamaq üçün su üçün yarım saat, çay üçün isə bir saat gözləmək lazımdır.3

Demokrat.az

D
demokrat.az