ABŞ Prezidenti Donald Tramp İranla münasibətlərin nizamlanması istiqamətində növbəti diplomatik təmasların Qətərin paytaxtı Dohada baş tutacağını açıqlayıb.
Demokrat.az xəbər verir ki,Ağ Evdə jurnalistlərlə danışan Tramp bildirib ki, ABŞ nümayəndə heyəti artıq Dohaya yola düşüb və ya yaxın vaxtlarda səfərə başlayacaq.
Onun sözlərinə görə, görüş zamanı Vaşinqton və Tehran arasında memorandumun icrası ilə bağlı məsələlər müzakirə olunacaq. Tramp danışıqların nəticəsi ilə bağlı ehtiyatlı mövqe sərgiləyərək, görüşün əhəmiyyətli nəticələr verə biləcəyini, lakin bunun hələlik dəqiq olmadığını bildirib.
ABŞ Prezidenti eyni zamanda ölkəsinin hərbi baxımdan üstün mövqedə olduğunu qeyd edərək, bu üstünlüyün danışıqlar prosesinə də təsir göstərə biləcəyini vurğulayıb.
Demokrat.az


