Bəzi insanların güclü mənəvi enerjiyə malik olduğu düşünülür. Belə şəxslər yüksək intuisiya, dərin empatiya və mənəvi təcrübələrə maraqları ilə seçilirlər. Numerologiyaya görə, müəyyən doğum tarixlərində dünyaya gələn insanlar xüsusi mənəvi enerji daşıyıcıları hesab olunurlar.
Demokrat.az xəbər verir ki, bu barədə "The Times of India" yazır.
Numerologiyaya görə güclü mənəvi enerjiyə malik hesab edilən doğum tarixləri:
Doğum tarixləri: 2, 11, 20 və 29
Bu tarixlərdə doğulan insanların güclü intuitiv enerjiyə malik olduqları iddia edilir.
Numerologiyada onlar Ayın təsiri altında hesab olunur. Empatiya hisslərinin güclü olması və mənəvi təcrübələrə maraq göstərmələri ilə seçildikləri bildirilir.
Onların meditasiya, şəfa təcrübələri və müxtəlif mənəvi fəaliyyətlərə meyilli olduqları qeyd edilir.
Doğum tarixləri: 7, 16 və 25
Numerologiyaya görə, 7 rəqəmi "Ketu" ilə əlaqələndirilir və mənəviyyatın rəmzi hesab olunur. Bu tarixlərdə doğulan insanların daxili müdriklik, özünütəhlil bacarığı və həyatın dərin mənasını araşdırmağa maraq göstərdikləri vurğulanır.
İnanclara əsasən, onlar kainatın gizli həqiqətlərini anlamağa çalışır və bunu daxili mənəvi gücləri sayəsində bacardıqları hesab edilir.
Doğum tarixləri: 9, 18 və 27
Bu tarixlərdə doğulan insanlar numerologiyada "Mars"ın təsiri altında sayılırlar. Onların sosial fəaliyyətə, xeyriyyəçiliyə və humanitar təşəbbüslərə daha çox maraq göstərdikləri bildirilir.
Numeroloji inanclara görə, 9 rəqəmi güclü iradə və səxavətlə əlaqələndirilir. Bu tarixlərdə doğulan insanların başqalarına yardım etməyə meyilli olduqları və bu xüsusiyyətlərinin onları ətrafdakılar arasında fərqləndirdiyi qeyd olunur.
Bundan əvvəl "UNIAN" numerologiyaya əsasən ən yaxşı valideyn olduqları iddia edilən dörd doğum tarixi haqqında da yazmışdı.


