Maraqlı Özəl

Ağ saçları gizlətməyin boyasız üsulu

Ağ saçları gizlətməyin boyasız üsulu

Ağ saçları boyasız gizlətməyin ən ucuz və təbii yolu var. Evdəki adi soda ağ tellərin görünüşünü tamamilə dəyişir.

Yaşlaşma zamanı ağ saçların yaranması təbii prosesdir. Çox insan kimyəvi boyalardan qaçmaq istəyir. Təbii üsullara üstünlük verənlər üçün soda unikal vasitədir.

Mütəxəssislər bildirirlər ki, soda ağ saçları kökündən qaraltmır. Lakin bu vasitə ağ telləri daha az nəzərə çarpan edir. Eyni zamanda saçın parlaqlığını artırır və ümumi görünüşü yaxşılaşdırır.

Zamanla saçda lak və köpük qalıqları yığılır. Bu qalıqlar saçları mat göstərir. Belə halda ağ tellər daha çox qabarır. Soda saçları yumşaq təmizləyir və bu qalıqları yox edir. Nəticədə saçlar təmiz və həcmli görünür.

Həmçinin soda ağ saçlardakı sarımtıl çaları da neytrallaşdırır. Sarı rəng adətən siqaret tüstüsü və sərt su səbəbindən yaranır.

İstifadə qaydası olduqca sadədir. Xörək qaşığı sodanı azca ilıq su ilə qarışdırın. Pasta halına salın və nəm saçlara masajla çəkin. Üç dəqiqə saxlayıb ilıq su ilə yaxşıca yuyun. Bu üsulu iki həftədən bir etmək kifayətdir. Tezləşdirsəniz saçınız quruya və qırıla bilər.

Ağları gizlətmək üçün soda ilə qəhvə qarışığı da effektivdir. Çay qaşığı soda və iki xörək qaşığı üyüdülmüş qəhvəni qarışdırın. Azca ilıq su əlavə edib saça çəkin. İyirmi dəqiqə sonra yuyun. Qəhvə saça tünd çalar verir və ağları örtür. Bu üsul şabalıdı saçlılara daha çox uyğundur.

Qatı qara çay dəmi də yaxşı nəticə verir. Saçı yuyandan sonra çay dəmi ilə yaxalayın. Ardınca baş dərisini zəif soda məhlulu ilə təmizləyin. Bu üsul saç rəngini dolğun edir və ağların kontrastını azaldır. Soda həm də saç dibindəki artıq yağı təmizləyir. Baş dərisindəki qaşınmanı tamamilə aradan qaldırır.

Dermatoloqlar isə xəbərdarlıq edirlər. Sodanı çox tez-tez istifadə etmək olmaz. Çünki o, saçın təbii qoruyucu qatını zəiflədir. Həssas və quru dərili insanlar ehtiyatlı olmalıdırlar. Zərurət yaransa həkimlə məsləhətləşmək lazımdır.

Yəni soda saç boyasını tam əvəz etməsə də, ağ telləri vizual gizlədir və saçları canlandırır.

Aytən Demokrat.az

D
demokrat.az