Şou-biznes Özəl

Kadir İnanırın vəsiyyəti nə olub?

Kadir İnanırın vəsiyyəti nə olub?

Xəbər verdiyimiz kimi, türk kinosunun əfsanəvi simalarından Kadir İnanır 77 yaşında vəfat edib.

Demokrat.az xəbər verir ki, onun ölümündən sonra ictimaiyyət arasında ən çox müzakirə olunan mövzulardan biri mirası və vəsiyyətinin olub-olmaması olub.

Aktyorun yaxın qohumu Levent İnanır jurnalistlərə açıqlamasında Kadir İnanırın nə yazılı, nə də şifahi vəsiyyət qoymadığını bildirib. O qeyd edib ki, son görüşləri aktyorun vəziyyəti pisləşmədən əvvəl baş tutub.

Levent İnanırın sözlərinə görə, İnanırın xüsusi bir istəyi olmayıb: “Orqanları və bədəni çox yorulmuşdu. O, çox əziyyət çəkirdi. Heç bir vəsiyyəti yox idi. Biz də onu layiq olduğu kimi yola salacağıq.”

Bu açıqlama ilə sosial şəbəkələrdə yayılan “gizli vəsiyyət” iddialarının rəsmi əsası olmadığı bildirilir.

Məlumata görə, aktyorun vəfatından sonra onun əmlakının uzun illər birlikdə olduğu Jülide Kural və ya müxtəlif qurumlara qalması ilə bağlı iddialar irəli sürülsə də, hazırda rəsmi vəsiyyət sənədi mövcud deyil. Buna görə də mirasın Türkiyə Mülki Məcəlləsinə uyğun olaraq qanuni varislik qaydaları çərçivəsində bölüşdürüləcəyi bildirilir.

Leyla Demokrat.az

D
demokrat.az