Türkiyənin tanınmış müğənnisi Sibel Can İzmirdə keçirilən konsertində yaddaqalan anlar yaşayıb.
Biletləri günlər öncədən tükənən konsertdə geniş repertuarı ilə səhnəyə çıxan sənətçi həm köhnə, həm də yeni hitlərini səsləndirib. Onun çıxışı tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Gecənin ən təsirli anı isə Sibel Canın mərhum sənətçi Ahmet Kayanın məşhur "Kendine İyi Bak" mahnısını ifa etdiyi vaxt yaşanıb. Mahnının sözlərindən təsirlənən müğənni göz yaşlarını saxlaya bilməyib və ifasını ağlayaraq davam etdirib.
Sənətçinin emosional çıxışı konsert zalında duyğulu anlar yaşadıb. Tamaşaçılar onu ayaqüstə alqışlayaraq mahnını birlikdə ifa ediblər.
Sibel Can dinləyicilərin dəstəyinə təşəkkür etdikdən sonra konsertini proqram üzrə davam etdirib. 
Leyla Demokrat.az


