Dünya Özəl

Trampdan İrana ittiham: Atəşkəs razılaşmasını pozub

Trampdan İrana ittiham: Atəşkəs razılaşmasını pozub

ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs razılaşmasını pozmaqda ittiham edib.

Demokrat.az xəbər verir ki, Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, İran Hörmüz boğazında hərəkət edən gəmilərə qarşı azı dörd pilotsuz uçuş aparatı (PUA) göndərib. ABŞ prezidenti bu addımın əldə olunmuş atəşkəs razılaşmasının pozulması olduğunu vurğulayıb.

İran tərəfi isə hələlik Trampın bu iddiaları ilə bağlı rəsmi açıqlama verməyib.

Jalə Demokrat.az

D
demokrat.az