Dünya Özəl

Epşteyn işi: Məşhur milyarder rusiyalı sevgililərinin adlarını açıqladı

Epşteyn işi: Məşhur milyarder rusiyalı sevgililərinin adlarını açıqladı

"Microsoft"un qurucusu Bill Qeyts ABŞ Konqresində dindirilmə zamanı bildirib ki, qalmaqallı maliyyəçi Ceffri Epşteyn onun xəyanətlərindən xəbər tutub və bu səbəbdən onu şantaj etməyə cəhd edib.

Demokrat.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti dinləmənin dərc olunmuş transkriptinə istinadən məlumat yayıb.

Qeyts ifadəsi zamanı ilk dəfə olaraq evliliyi dövründə münasibətdə olduğu iki rusiyalı qadının kimliyini açıqlayıb: bric oyunçusu Mila Antonova və alim Karima Niqmatulina. Həyat yoldaşı Melindaya xəyanət etdiyi üçüncü qadın tibb məsləhətçisi Alis Ceykobs Nesselrod olub.

"Epşteyn dediyi çoxsaylı yalanlarla yanaşı, xəyanətlərim haqqında məlumatlardan istifadə edərək məni onunla əlaqəni bərpa etməyə məcbur etməyə çalışıb", deyə Qeyts qeyd edib.

"Microsoft"un təsisçisi cinsi istismar iddialarını rədd edib. Lakin etiraf edib ki, Epşteyn ilə görüşlər zamanı bilmədən sonradan onun qurbanı kimi müəyyən edilmiş insanların yanında ola bilər. O, maliyyəçi ilə dörd il ərzində təxminən 12-14 dəfə görüşüb və həmçinin onunla iki dəfə "Skype" vasitəsi ilə danışıb.

"E! News" qəzeti əvvəllər Epşteynin Bill Qeytsi həyat yoldaşına xəyanət etməsi ilə bağlı məlumatla şantaj etməyə çalışdığını bildirmişdi. İş adamı pedofil maliyyəçi ilə 2011-ci ildə peşəkar və xeyriyyə işlərində etibar etdiyi insanlar vasitəsilə tanış olmuşdu. O vaxt Epşteyn iddia edirdi ki, varlı müştəriləri ilə əlaqələri sayəsində qlobal səhiyyə layihələri üçün milyardlarla dollar cəlb edə bilib. Bir neçə ildən sonra Bill Qeyts maliyyəçinin vədlərini yerinə yetirməyəcəyinə əmin oldu və onunla ünsiyyəti dayandırıb.

Jalə Demokrat.az

D
demokrat.az