Sağlamlıq Özəl

Azərbaycanın şimal sərhədində ebola həyəcanı

Azərbaycanın şimal sərhədində ebola həyəcanı

Azərbaycanla quru sərhədi olan Dağıstanda təhlükəli virusa yoluxma faktları qeydə alınıb. Tibb dünyasında “Asiya Ebolası” kimi tanınan Krım-Konqo hemorragik qızdırmasına yoluxan üç nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin vəziyyətini həkimlərin səyləri nəticəsində stabilləşdirmək mümkün olub. Hazırda həmin şəxslərin həyatı üçün təhlükə qalmayıb.

Qeyd edək ki, ölüm riski 10%-dən 40%-ə qədər olan bu ağır virus xəstəliyi insana əsasən gənə dişləməsi, eləcə də yoluxmuş heyvanların və ya insanların qanı ilə birbaşa təmas zamanı keçir. Xəstəliyin gizli dövrü 2 gündən iki həftəyə qədər davam edə bilir.

Bölgənin Azərbaycanın şimal sərhədinə yaxın olması isə xüsusilə gənə mövsümündə ehtiyat tədbirlərinin artırılmasını şərtləndirir.

Demokrat.az

D
demokrat.az