Dünya Özəl

Peskov ABŞ-ni münaqişənin həllində neytral hesab etmir

Peskov ABŞ-ni münaqişənin həllində neytral hesab etmir

Moskva Vaşinqtonun Ukraynadakı münaqişənin nizamlanmasında tam neytral tərəf kimi çıxış etdiyini düşünmür. Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Ağ Evin bu prosesdəki roluna toxunub.

Peskov qeyd edib ki, ABŞ-nin həm Avropa İttifaqına, həm də Kiyevə ciddi təsir imkanları var.

Bununla belə, o, Donald Trampın böhranı sülh yolu ilə tənzimləmək istəyini səmimi addım kimi dəyərləndirib. Kremlin rəsmisi Rusiyanın bu cür sülh təşəbbüslərini müsbət qarşıladığını və hələlik heç kimin bu vasitəçilikdən imtina etmədiyini diqqətə çatdırıb.

Eyni zamanda Rusiya tərəfi indiyə qədər Vaşinqtondan neytrallığın itirilməsi ilə bağlı rəsmi bəyanat eşitmədiyini bildirib.

Demokrat.az

D
demokrat.az